İstanbulda Ərdoğana həsr edilən muzey açılacaq

İstanbulda Ərdoğana həsr edilən muzey açılacaq
# 12 yanvar 2023 21:44 (UTC +04:00)

Seçki ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunmuş muzeyi açılacaq.

APA-nın məlumatına görə, bunu türkiyəli jurnalist Murat Sabuncu T24 saytında dərc olunan köşə yazısında deyib.

Jurnalistin sözlərinə görə, muzey Ərdoğanın gənclik illərini keçdiyi Qasımpaşa məhəlləsində yerləşəcək. Ekspozisiya Türkiyə liderinin həyatına həsr olunacaq. Ziyarətçilərə Türkiyə liderinin ailə şəcərəsi, universitetdə oxuyarkən İstanbulun müxtəlif gənclər klublarında futbol oynaması, hətta həbsxanada olması da göstəriləcək.

Muzeydə həmçinin Ərdoğanın ailə üzvlərinə, xüsusən də həyat yoldaşı Əminəyə (qızlıq soyadı Gülbaran) həsr olunmuş eksponatlar nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR