İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb

İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb
# 22 mart 2023 10:32 (UTC +04:00)

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirilib.

APA-nın "Star" qəzetinə istinadən xəbərinə görə, İstanbulda FETÖ üzvlərinə qarşı keçirilən əməliyyatda 21 şübhəli şəxs saxlanılıb, 4 nəfərin isə axtarışı davam etdirilir.

Evlərdə aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib. Tutulan 21 FETÖ-çü ifadəsi alınmaq üçün İstanbul Təhlükəsizlik Müdirliyinə gətirilərkən, qaçan 4 şübhəlinin tutulması istiqamətində işlərin davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR