İstanbul Jandarma Komandanlığı qrupları saxta 1 milyard dollar çap edərək Afrika ölkələrinə göndərməyə hazırlaşan şəxsləri saxlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, əməliyyat zamanı 1 Türkiyə, 3 İsveç, 1 Büyük Britaniya və 1 Qana vətəndaşı saxlanılıb.
Hüquq Mühafizə Orqanları əməkdaşları müəyyən edilmiş ünvanlarda axtarış apararaq seyflərdə 100 əskinas şəklində cəmi 1 milyard dollarlıq saxta pul ələ keçirilib.
Müsadirə edilən saxta pulun “Cümhuriyyət tarixində bir anda ələ keçirilən ən yüksək məbləğ” olduğu da bildirilib.