İstanbulda yağan güclü yağış fəsadlar törədib

İstanbulda yağan güclü yağış fəsadlar törədib
# 15 avqust 2022 15:20 (UTC +04:00)

İstanbulda səhər saatlarından güclü yağış başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İstanbulun hər yerində yağan yağış, bəzi hallarda selə çevrilib, şəhər sakinlərinin gündəlik həyatına mənfi təsir göstərib.

Belə ki, vətəndaşlar yollarda avtomobillərində qalıb, küçələrdə piyadaların hərəkəti məhdudlaşdırılıb. Ümraniye rayonunda isə 9 avtomobilin qarışdığı zəncirvari yol qəzasında yaralanan 2 nəfər xəstəxanaya aparılıb.

Bundan əlavə, şiddətli yağış səbəbindən Fatehdəki tarixi Kapalı çarşının bəzi hissələrini su basıb.

İstanbulun Anadolu hissəsindən (qitəsi) başlayan yağışın günün sonunadək davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR