İstanbulun Fatih məhəlləsində avtomobillər yanıb

İstanbulun Fatih məhəlləsində avtomobillər yanıb
# 16 noyabr 2022 02:06 (UTC +04:00)

İstanbulun Fatih məhəlləsində avtomobildə başlayan yanğın digər 4 maşına keçib.

APA-nın Türkiyə mətbuatına istinadla məlumatına görə, sürücü avtomobili tərk edrkən nəqliyyat vasitəsi alışıb. Hadisə partlayışla müşayiət olunub. Yanğının söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürən cəlb edilib.

Polisin təhqiqatı zamanı yanğının texniki nasazlıq nəticəsində baş verdiyi məlum olub, terror və ya qəsdən yanğın törətmə ehtimalı istisna edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR