İsveç Baş naziri Ərdoğanla danışığını müsbət qiymətləndirib

Maqdalena Andersson

© APA | Maqdalena Andersson

# 23 may 2022 16:30 (UTC +04:00)

İsveçin Baş naziri Maqdalena Andersson deyib ki, ölkəsinin NATO-ya üzvlüyünə dair Türkiyə ilə danışıqlar davam edəcək.

APA xəbər verir ki, bu barədə İsveç Baş naziri TT agentliyinə müsahibəsində bildirib.

“Yaxşı haldır ki, bizim dialoqumuz davam edir. Lakin dəqiqdir ki, bu, müəyyən zaman alacaq. Əvvəldən biz Türkiyədən İsveç və Finlandiyanın NATO-ya müraciətinə necə baxacaqlarına dair müsbət siqnallar almışdıq. İndi bizim dialoqumuz gedir, davam edəcək və nəticəni də səbirsizliklə gözləyirəm.

Bu həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müsbət söhbətimiz oldu. Türkiyə, İsveç və Finlandiya ilə ikitərəfli və üçtərəfli danışıqlarımızı davam etdirəcəyik”, - Andersson qeyd edib.

O vurğulayıb ki, bu görüşlərin yaxın gələcəkdə baş tutacağına ümid edir: “Şübhə yoxdur ki, İsveç terrora qəti şəkildə qarşıdır və İsveç PKK-nı terror təşkilatları siyahısına daxil edən ilk ölkələrdəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR