İsveç Baş naziri: “Türkiyə ilə istənilən problemi həll etməyə hazırıq”

Maqdalena Andersson

© APA | Maqdalena Andersson

# 17 may 2022 19:05 (UTC +04:00)

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə “NTV” telekanalı məlumat yayıb.

"Türkiyə ilə danışaraq istənilən problemi həll etməyə hazırıq. NATO üzvü olaraq Türkiyə ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR