İsveç Baş naziri Türkiyə ilə münasibətlərin güclənəcəyinə ümid edir

Şarl Mişel, Maqdalena Andersson

© APA | Şarl Mişel, Maqdalena Andersson

# 25 may 2022 15:42 (UTC +04:00)

İsveç Baş naziri Maqdalena Andersson ölkəsinin Türkiyə ilə münasibətlərinin güclənəcəyinə ümid edir.

APA xəbər verir ki, bu barədə Maqdalena Andersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, görüşdə Avropada təhlükəsizlik, Ukraynaya dəstəyin daha da gücləndirilməsi və həmçinin, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri müzakirə olunub.

Baş nazir Andersson qeyd edib ki, NATO-ya üzv ölkələrin bir çoxu həm də Aİ üzvləridir və bu ölkələr İsveçin alyansa üzvlük niyyətini dəstəkləyir: “Biz inanırıq ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə alyans daha da güclənəcək. İsveç NATO-nun konstruktiv müttəfiqi olacaq”.

İsveç Baş naziri Andersson Türkiyə ilə danışıqlara da toxunub: “Türkiyə və İsveç arasında dialoq davam edir. Mən həmçinin iki ölkə arasında sülh, təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla, qarşılıqlı münasibətlərin güclənəcəyini gözləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR