İsveç Baş naziri: "Ukraynanın taleyi Avropanın taleyidir"

İsveçin Baş naziri Ulf Kristersson

© APA | İsveçin Baş naziri Ulf Kristersson

# 16 yanvar 2023 16:57 (UTC +04:00)

Ukraynanın taleyi Avropanın taleyidir.

APA xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Mən Rusiyanın davamlı şəkildə Ukraynanın mülki əhalisini və mülki infrastrukturunu hədəf almasını, mülki əhaliyə endirilən zərbələri qəti şəkildə qınayıram. Mülki əhalinin məqsədli şəkildə hədəf alınması müharibə cinayətidir və Rusiya bunu edir. Bunu törədənlər ədalət qarşısında cavab verəcəklər və törətdiklərinə görə məsuliyyət daşıyacaqlar”, - o bildirib.

İsveç Baş naziri Ukraynanın Dnepr şəhərinə endirilən zərbələri qəti şəkildə qınadığını, bu hücumun mülki əhalinin, uşaqların ölümünə səbəb olduğunu qeyd edib.

Baş nazir Kristersson vurğulayıb ki, İsveç Aİ-yə sədrliyi dövründə Ukraynaya dəstək gündəlikdə olacaq.

“Bizim Ukraynaya güclü dəstəyimiz davam edəcək. Ukraynanın qalib gəlməsi bizim mövcudluğumuz, təhlükəsizliyimiz üçün çox vacibdir. Ukraynanın taleyi Avropanın taleyidir”, - İsveç Baş naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR