İsveç DİN nümayəndə heyəti danışıqlar üçün Türkiyəyə gedəcək

İsveç DİN nümayəndə heyəti danışıqlar üçün Türkiyəyə gedəcək
# 28 sentyabr 2022 14:23 (UTC +04:00)

İsveç Daxili İşlər Nazirliyinin (DİN) nümayəndə heyəti gələn həftə NATO danışıqları üçün Türkiyəyə gedəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde ölkənin rəsmi xəbər agentliyi olan “TT”-yə bildirib.

O qeyd edib ki, Türkiyə ilə danışıqlar heç bir problem olmadan davam edir.

“Ancaq Türkiyənin İsveçin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcəyini bilmirəm. Keçən həftə Nyu-Yorkda BMT-nin toplantısında türk həmkarım Çavuşoğlu ilə görüşdüm. Danışıqları nəzərdən keçirdik. Hər şey yaxşı gedir. Biz razılaşmaya sadiqik”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR