İsveç hökuməti NATO-ya qəbula dair qanun layihəsini parlamentə təqdim edib

İsveç hökuməti NATO-ya qəbula dair qanun layihəsini parlamentə təqdim edib
# 08 mart 2023 14:18 (UTC +04:00)

İsveç hökuməti NATO-ya üzvlüyə qəbul barədə qanun layihəsini parlamentə təqdim edib.

APA-nın xəbərinə görə, İsveç hökumətinin mətbuat üçün yaydığı məlumatda bildirilib ki, əgər parlament qanun layihəsini qəbul edərsə, Alyansa üzv bütün ölkələrin parlamentləri müvafiq protokolu ratifikasiya etdikdən dərhal sonra İsveç NATO-nun üzvü olacaq.

Qeyd edilib ki, NATO-ya üzvlük İsveçin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir, bütün Avro-Atlantika regionunun təhlükəsizliyinin möhkəmləndirilməsi yönündə həmrəylikdir: “Bu qanun layihəsi tarixi addımdır. Bu o deməkdir ki, İsveç Finlandiya ilə birlikdə NATO-ya qəbula hazır olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR