İsveç məhkəməsi edamlarda əli olan sabiq iranlı məmura ömürlük həbs cəzası verib

İsveç məhkəməsi edamlarda əli olan sabiq iranlı məmura ömürlük həbs cəzası verib
# 14 iyul 2022 16:24 (UTC +04:00)

İsveç məhkəməsi iranlı sabiq prokuror köməkçisi Həmid Nurini ömürlük azadlıqdan məhrum edib.

APA-nın Tehran bürosu xəbər verir ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.

Onun 1988-ci ildə İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olduğu sübut olunub.

Qeyd edək ki, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsveç məhkəməsinin Həmid Nuri barəsində çıxardığı hökmə münasibət bildirib. O qeyd edib ki, İran bu qərardan çox təəssüflənib və məhkəmənin qərarına kəskin şəkildə etiraz edir.

Nasir Kənani qeyd edib ki, bu səbəbdən iki ölkə arasında münasibətlərdə mümkün gərginliyə görə İsveç məsuliyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR