İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni qadağan edib

İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni qadağan edib
# 27 mart 2023 15:45 (UTC +04:00)

İsveç Müdafiə Nazirliyi əməkdaşlara xidməti cihazlarda “TikTok”dan istifadəni qadağan edib.

APA İsveçin “Sveriges Radio” şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Quna Qraufeld bildirib.

Qərarın verilməsinə səbəb kimi göstərilib ki, proqram Çin şirkətinə məxsusdur, istifadəçi məlumatlarını toplamaq imkanlarına malikdir və sonradan bu məlumatlar Çin dövlət qurumlarının əlinə keçə bilər.

Xatırladaq ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib, həmçinin ABŞ və Kanadada da dövlət qulluqçuları üçün eyni qadağa tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR