İsveç NATO-ya üzvlük qərarının Rusiyaya qarşı olmadığını bildirir

İsveç NATO-ya üzvlük qərarının Rusiyaya qarşı olmadığını bildirir
# 15 may 2022 21:52 (UTC +04:00)

İsveç Sosial-Demokrat Partiyasının NATO-ya daxil olmaq qərarı Rusiyaya qarşı yönəlməyib.

APA xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib.

"Biz hesab edirik ki, Alyansa üzvlük İsveç üçün yaxşı nəticələr verəcək. Bu hadisə Rusiyaya qarşı yönəlməyib”, - deyə Maqdalena Andersson bildirib.

Qeyd edək ki, İsveç hakim Sosial-Demokrat Partiyasının rəsmi olaraq NATO-ya üzvlüyə qəbul üçün müraciəti barədə qərar qəbul edib.

Xarici işlər naziri Ann Lindenin sözlərinə görə, bu addıma səbəb Rusiyanın Ukraynadakı hərbi əməliyyatı olub.

Bildirilir ki, bu əməliyyat İsveçdə və bütövlükdə Avropada təhlükəsizliyi pisləşdirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR