İsveç SQ: Rusiya təyyarəsi ölkənin hava məkanını pozub

AN-30

© APA | AN-30

# 01 may 2022 00:41 (UTC +04:00)

İsveç silahlı qüvvələri Rusiyaya məxsus An-30 təyyarəsinin ölkənin hava məkanını qısa müddətə pozduğunu bildirib.

APA-nın xəbərinə görə, hadisənin İsveç Krallığının Blekinq əyalətində cümədən şənbəyə keçən gecə baş verdiyi qeyd edilir.

Silahlı qüvvələrin yaydığı məlumatda qeyd olunur ki, Rusiyaya məxsus An-30 tipli təyyarə cümə günü İsveçin hava məkanını pozub. Bornholm adası üzərində (Danimarka – red.) olann təyyarə sonradan İsveçin hava məkanına daxil olub. Hava gəmisi İsveçin hava məkanını qısa müddətə pozduqdan sonra ərazini tərk edib.

İsveç HHQ məxsus qırıcılar təyyarəni izləyərək şəklini çəkib.

İsveç XİN də bəyanat yayaraq ölkənin hava məkanının pozulmasının yolverilməz olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR