Türkiyə Ankarada İsveçlə terrorçuların ekstradisiyasını müzakirə edib - YENİLƏNİB

Türkiyə Ankarada İsveçlə terrorçuların ekstradisiyasını müzakirə edib - YENİLƏNİB
# 05 oktyabr 2022 18:38 (UTC +04:00)

Ankarada Türkiyə və İsveç Ədliyyə Nazirliyinin rəsmiləri arasında görüş başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, heyətlər arasında danışıqlar 7 saat davam edib.

Görüş zamanı Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən ekstradisiyası tələb edilən PKK və FETÖ terror təşkilatı üzvlərinin Türkiyəyə təhvil verilməsini istəyib.

Türkiyə tərəfi daha əvvəl ekstradisiya tələbləri rədd edilən PKK terror təşkilatı üzvləri ilə bağlı tələblərini də yenidən gündəmə gətirib.

***

13:26

Ankarada terrorçuların ekstradisiyası ilə bağlı Türkiyə və İsveç Ədliyyə Nazirliklərinin rəsmiləri arasında müzakirələr başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, iki ölkənin nazirlikləri arasında keçiriləcək görüşlərdə Türkiyə heyətinə Ədliyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa İttifaqı üzrə baş direktoru Kasım Çiçek rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR