İsveç Türkiyəyə qarşı silah embarqosunu ləğv edib

İsveç Türkiyəyə qarşı silah embarqosunu ləğv edib
# 30 sentyabr 2022 15:39 (UTC +04:00)

İsveçin Strateji Məhsullar üzrə Müfəttişliyi (ISP) Türkiyəyə hərbi texnikanın ixracına icazə verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Müfəttişlik məlumat yayıb.

Qərar elektron avadanlıq, proqram təminatı və texniki yardım sahəsində məhsullara aiddir.

“İsveçin NATO-ya üzvlük üçün müraciəti Türkiyə də daxil olmaqla, digər üzv dövlətlərə hərbi texnikanın ixracına icazə verilməsi ilə bağlı müdafiə və təhlükəsizlik siyasətinin səbəblərini xeyli gücləndirir”, - ISP qərarın şərhində bildirib.

Qərar qəbul olunmazdan əvvəl Parlamentdə təmsil olunan bütün partiyalarının nümayəndələrindən ibarət İxrac Nəzarəti Şurası ilə məsləhətləşmələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR