İsveç Ukraynaya 12 ədəd “Archer” artilleriya qurğusu verməyi planlaşdırır - YENİLƏNİB

İsveç Ukraynaya 12 ədəd “Archer” artilleriya qurğusu verməyi planlaşdırır - YENİLƏNİB
# 11 yanvar 2023 02:34 (UTC +04:00)
İsveç 12 ədəd "Archer" özüyeriyən haubitsasını Ukraynaya yollayacaq. Lakin, çatdırılma vaxtı hələ müəyyən edilməyib. 

APA-nın xəbərinə görə, bu barədə Oruzjeonline.com saytı məlumat verib.

Sayt qeyd edir ki, İsveç hökuməti uzun müddətdir “Archer” qaubitsalarının Ukraynaya verilməsi imkanlarını nəzərdən keçirir. Hazırda İsveçin arsenalında bu texnikadan 48 ədəd var, lakin onların yarısı “artıqdır”.

Bir neçə il əvvəl Norveç özü üçün 24 “Archer” haubitsası sifariş etmişdi. Lakin sonra bu sifarişi ləğv edərək Koreya silahları aldı. Daha sonra norveçlilər üçün nəzərdə tutulan haubitsaları İsveç ordusu alıb.


***

22.30

İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğularını tədarük etmək niyyətindədir, lakin çatdırılma tarixi hələ məlum deyil.


APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı İsveçin xarici işlər naziri Tobias Bilstroma istinadən məlumat yayıb.



Jurnalistlərə açıqlamasında verən Bilstrom bildirib ki, Ukrayna Qərbdən daha çox hücum silahı almalıdır. İsveç də buna öz töhfəsini verməlidir.

Diplomat “Expressen” jurnalına müsahibəsində Ukraynaya “Archer” qurğularının verilməsi qərarını təsdiqləyib.

Onun sözlərinə görə, hazırda məsələ Stokholmun silahı göndərib-göndərməməsi deyil, onun nə vaxt göndərməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR