İsveç Ukraynaya "Archer" artilleriya sistemləri göndərəcək

İsveç Ukraynaya "Archer" artilleriya sistemləri göndərəcək
# 19 yanvar 2023 14:28 (UTC +04:00)

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib.

APA xəbər verir ki, bununla bağlı İsveç Baş naziri Ulf Kristersson, müdafiə naziri Pol Yonson, energetika və sənaye naziri Ebba Buş və əmək və inteqrasiya naziri Yohan Pehrsonun iştirak etdiyi mətbuat konfransında bildirilib.

Ulf Kristersson deyib ki, Rusiya indi vaxtın və üstünlüyün onların tərəfində olduğuna, Qərb demokratiyalarının öz həmrəyliyini itirəcəyinə və özünün bundan qazanc əldə edəcəyinə inanır.

“ABŞ və digər ölkələrin geniş dəstəyi tamamilə vacibdir və eyni zamanda, ABŞ və Aİ arasındakı birlik Aİ daxilindəki birlik qədər önəmlidir", - Baş nazir vurğulayıb.

İsveçin enerji və sənaye naziri bu müharibənin tezliklə bitməyəcəyini və buna görə də Rusiyaya açıq siqnal göndərərək üstünlüyün heç də Moskva tərəfdə olmadığının vacib olduğunu qeyd edib.

“Biz Ukraynaya dəstəyi artıracağıq”, - energetika və sənaye naziri bildirib.

Baş nazir Kristersson deyib ki, İsveç yeni hərbi dəstək paketini qəbul edib və bu hərbi yardım qısa zamanda Ukraynaya göndəriləcək.

Baş nazirin sözlərinə görə, hərbi dəstək paketinə "Archer" artilleriya sistemləri, 50 CV90 piyada döyüş maşınları, NLAW portativ tank əleyhinə raketlər daxildir.

“Hərbi dəstək həlledicidir”, - deyən Kristersson əlavə edib: “Ukrayna cəbhəsində belə yardımların bu qış təşəbbüsü kimin ələ keçirəcəyini müəyyənləşdirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR