İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlüyü müzakirə edəcək

İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlüyü müzakirə edəcək
# 02 fevral 2023 12:21 (UTC +04:00)

İsveç xarici işlər naziri Tobias Billström Finlandiyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsveç XİN başçısı fevralın 6-7-də finlandiyalı həmkarı Pekka Haavistonun dəvəti ilə fevralın 7-də Hanasaaridə təşkil olunan xarici və təhlükəsizlik siyasəti seminarında iştirak etmək üçün Helsinkiyə səfər edəcək.

“Seminar çərçivəsində nazirlər həmçinin ikitərəfli görüşlər keçirərək, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini və cari NATO məsələlərini müzakirə edəcəklər”, - , Finlandiya XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR