İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti Stoltenberqə təqdim edilib

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti Stoltenberqə təqdim edilib

© APA | İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti Stoltenberqə təqdim edilib

# 18 may 2022 10:02 (UTC +04:00)

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin alyansa üzvlük müraciəti ilə bağlı rəsmi məktubları NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.

APA xəbər verir ki, bu barədə İsveçin NATO-dakı Nümayəndəliyinin "Twitter" hesabında məlumat verilib.

NATO Baş katibi və səfirlərin birgə mətbuat konfransı gözlənilir.

“Bu iki ölkə demokratik proseslərdən sonra alyansa üzvlüklə bağlı müraciətlərini təqdim etdilər. İsveç və Finlandiya NATO-nun önəmli tərəfdaşlarıdır və onların üzvlüyü ilə alyansa üzv dövlətlərin təhlükəsizliyi daha da güclənəcək", - NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, hazırkı çətin zamanda ölkələrin həmrəyliyi vacibdir və alyans ölkələri bunu anlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR