İsveç XİN İrana sanksiyaların tətbiq olunmasını vacib sayır

İsveçin xarici işlər naziri Tobias Billström

© APA | İsveçin xarici işlər naziri Tobias Billström

# 14 noyabr 2022 11:06 (UTC +04:00)

"İrana qarşı sankiyaların tətbiq olunmasını vacib hesab edirəm".

APA xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Rusiyanın Ukraynada istifadə etdiyi dronların İran tərəfindən bu ölkəyə satılması ilə bağlı İran hökumətinə qarşı irəli sürülən ciddi ittihalar elə bir məsələsdir ki, biz buna diqqət yetirməlliyik. İsveçin XİN başçısı kimi mənim mövqeyim ondan ibarətdir ki, İran hökumətinin dronlar satmaqla bağlı ambisiyalarını dayandırmaq üçün sanksiyalar çox vacibdir. Bu bizim açıq mövqeyimizi göstərəcək və Tehrana siqnal olacaq ki, Ukraynaya qarşı dronların istifadəsi yolverilməzdir. Bu ticarət dayandırılmalıdır. Bu dronları satanlara da sanksiya tətbiq olunmalıdır", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR