İsveç XİN rəhbəri PKK-nın Stokholmda Ərdoğana qarşı təxribatını pisləyib

İsveçin xarici işlər naziri Tobias Billström

© APA | İsveçin xarici işlər naziri Tobias Billström

# 13 yanvar 2023 19:00 (UTC +04:00)

“Türkiyə ilə münasibətlər İsveç üçün çox vacibdir”.

APA xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström paytaxt Stokholmda Türkiyə Prezidentinin edamının səhnələşdirilməsi ilə əlaqədar yaydığı bəyanatda bildirib.

“Hökumət, İsveç parlamenti sədrinin səfərinin təxirə salınmasından təəssüflənsə də, Türkiyənin reaksiyasını başa düşür. Türkiyə ilə əlaqələr İsveç üçün çox önəmlidir. Biz Memorandumun icrasını davam etdiririk.
Biz bu hadisələrə inanılmaz dərəcədə ciddi yanaşırıq. Demokratik yolla seçilmiş xarici liderin edamının səhnələşdirilməsi özlüyündə qınaq doğurur, xüsusən də iki aparıcı siyasətçinin öldürüldüyü bir ölkədə.

Bundan əlavə, bu hadisəni törətməyə görə məsuliyyət daşıyan təşkilat açıq şəkildə bəyan edib ki, məqsədi İsveçin NATO-ya üzvlük müraciətini sabotaj etməkdir.

Bu utanmaz hərəkət indi İsveçin və onun gələcək NATO müttəfiqi Türkiyənin başlatdıqları prosesi çətinləşdirmək və gecikdirmək riski daşıyır, xüsusilə də Türkiyə və İsveçin bir-birlərinə inam yaratmaq üçün addım-addım çalışdığı bir zamanda.


Bu hərəkət bilavasitə Rusiyanın işinə yarayır və ölkəmizi zəiflədir və bu, İkinci Dünya müharibəsindən sonra ən ciddi təhlükəsizlik vəziyyəti zamanı baş verib. Biz bu məsələnin ciddiliyini vurğulaya bilmərik”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR