İsveçin baş naziri PKK/YPG-nin Türkiyəyə qarşı törətdiyi təxribatı pisləyib

İsveçin baş naziri PKK/YPG-nin Türkiyəyə qarşı törətdiyi təxribatı pisləyib
# 13 yanvar 2023 23:49 (UTC +04:00)

İsveç baş naziri Ulf Kristersson PKK/YPG tərəfindən Stokholmda bələdiyyə binası qarşısında Türkiyəyə qarşı törədilən təxribatı pisləyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"Bu hadisə İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı bir təxribatdır", - deyə nazir qeyd edib.

Baş nazir baş verənlərin qəbuledilməz olduğunu da vurğulayıb.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK/YPG tərəfdarlarının təşkil etdiyi təxribat xarakterli mitinq zamanı Türkiyə Prezidentinə bənzədilmiş maket dirəkdən asılıb.

Bu hadisədən sonra Türkiyə tərəfindən sərt açıqlamalar verilib. Son olaraq, İsveç parlamentinin sədri Andreas Norlenin Türkiyəyə səfəri Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR