İsveçin baş naziri Türkiyə ilə dialoqa hazır olduğunu deyib

İsveçin baş naziri Türkiyə ilə dialoqa hazır olduğunu deyib
# 15 iyun 2022 02:29 (UTC +04:00)

İsveçin baş naziri Maqdalena Andersson, Finlandiyanın baş naziri Sanna Marin və Norveçin baş naziri Jonas Qahr Store İsveçin Södertalye şəhərində görüşüblər.

APA xəbər verir ki, cari məsələləri müzakirə edən liderlər görüşdən sonra keçirilən mətbuat konfransında çıxış ediblər.

Andersson Türkiyə və İsveç arasında NATO danışıqlarına toxunub.

"Finlandiya ilə birlikdə hərəkət edirik. Problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etməsini səbirsizliklə gözləyirəm",- deyə isveçli nazir bildirib.

Marin həmçinin iki həftə sonra Madriddə keçiriləcək NATO zirvəsinə qədər həllə nail olunmasının vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR