İsveçin NATO-ya üzvlüklə bağlı niyyətini açıqlayacaq tarix bilinib

İsveçin NATO-ya üzvlüklə bağlı niyyətini açıqlayacaq tarix bilinib
# 12 may 2022 12:17 (UTC +04:00)

Mayın 16-da keçiriləcək hökumətin iclasında İsveç NATO-ya üzv olmaqla bağlı qərar verəcək.

APA xəbər verir ki, bu barədə İsveçin "Expressen" qəzeti yazıb.

Nəşrin mənbələrə istinadən verdiyi xəbərə görə, İsveçin hakim Sosial Demokrat Partiyasının mayın 15-də NATO-ya üzvlüklə bağlı qərar verməsi üçün iclas keçirəcəyi gözlənilir.

Mayın 16-da isə təhlükəsizlik siyasəti ilə bağlı iclas keçiriləcək, bundan sonra rəhbərlik alyansa üzvlüklə bağlı qərarını açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR