İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb

İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb
# 09 may 2022 18:10 (UTC +04:00)

İsveçdə hakim Sosial-Demokrat Partiyası ölkənin NATO-ya üzvlüyü ilə bağlı yekun qərarı mayın 15-də verəcək.

APA SVT telekanalına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın mətbuat katibi Tobias Baudin açıqlama verib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR