İsveçrə Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir 

İsveçrə Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir 

© APA | İsveçrə Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir 

# 19 may 2022 15:58 (UTC +04:00)

İsveçrə Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, səfirlik iki ay yarımlıq fasilədən sonra Ukrayna paytaxtında fəaliyyətini bərpa edir.

Bəyanatda vurğulanıb ki, qərar İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri tərəfindən və Kiyevdəki təhlükəsizlik vəziyyətinin hərtərəfli təhlilləri əsasında birgə qəbul edilib.

Əlavə olunub ki, qarşıdakı bir neçə gün ərzində İsveçrənin 5 diplomatı Kiyevə qayıdacaq. Onlar arasında səfir Klod Vayld da olacaq.

Vurğulanıb ki, səfirlik yerli ukraynalı işçiləri ilə fəaliyyətini davam etdirəcək.

Bəyanatda vurğulanıb ki, vəziyyət yenidən pisləşəcəyi təqdirdə komanda ən qısa müddətdə yenidən ölkəni tərk etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR