İsveçrədə 90 mindən çox insan təcrid olunub 

İsveçrədə 90 mindən çox insan təcrid olunub 
# 26 dekabr 2021 07:09 (UTC +04:00)

İsveçrədə koronavirusa yoluxma və ya xəstə ilə təmasa görə 90 mindən çox adam təcrid olunub.

APA-nın xəbərinə görə, bu məlumat İsveçrənin İctimai Səhiyyə üzrə Federal Ofisinin son statistikasında yer alır.

Statistikaya görə Konfederasiyanın 54 min nəfərdən çox sakini koronavirus testi pozitiv çıxdığı üçün təcrid olunub. Bununla yanaşı, 35 mindən çox adam da yoluxmuş şəxslərlə təmasda olduğu üçün karantindədir. Təcrid olunanların sayı hər saat artır.

Federal Ofis gələn həftə iş rejiminə də dəyişiklik edir. Gündəlik hesabat nisbətən gec elan ediləcək. 31 dekabr, 1 və 2 yanvar tarixlərində isə statistika dərc olunmaycaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR