İsveçrədə sutkalıq COVID-19-a yoluxma sayında antirekord qeydə alınıb

İsveçrədə sutkalıq COVID-19-a yoluxma sayında antirekord qeydə alınıb
# 31 dekabr 2021 00:37 (UTC +04:00)

İsveçrədə son 24 saat ərzində koronavirusa yoluxanların sayında rekord sayda artıb.

APA xəbər verir ki, bu barədə Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Son sutkada 19 032 yeni yoluxma qeydə alınıb. Ölkə üzrə ümumilikdə yoluxma sayı isə 1 313 415-ə çatıb.

Epidemioloji vəziyyətlə bağlı bu gün hökumətin telekörpü formatında iclası planlaşdırılır.

Son 24 saatda 23 nəfər koronavieus xəstəsi ölüb. Ümumilikdə isə bu rəqəm 11 861 nəfərə yüksəlib.

Dekabrın 30-na olan məlumata görə, İsveçrədəki xəstəxanalarda reanimasiya şöbələrinin 75,9%-i xəstələrlə dolub. Bunların 37,7%-nin COVID-19 xəstəsi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR