ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər

ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər
# 17 iyun 2022 07:56 (UTC +04:00)

Rusiya Ukraynanın əks-hücumlarına cavab olaraq Xerson yaxınlığında yalançı bayraq altında hücumlar təşkil edə bilər.

APA xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlama yayıb.

"Ruslar, ehtimal ki, Ukraynanın əks-hücumlarına cavab olaraq, Xerson və Nikolayev vilayətlərində ehtiyat mövqelərini daha da gücləndirirlər. Xüsusilə, Davydov Broddan cənub-şərqdə, Bezvodnı və İşchenko bölgələrində müdafiə mövqelərini yaxşılaşdırdılar",- deyə məlumatda bildirilir.

Rusiya qüvvələri ağır artilleriya qurğularını Ukraynanın zərbələrindən gizlətmək üçün Xerson vilayətində irriqasiya (beton suvarma qurğuları) sistemlərini sökür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR