İtaliya Baş naziri Şavkat Mirziyoyevlə görüşəcək

İtaliyanın Baş naziri Giorgia Meloni

© APA | İtaliyanın Baş naziri Giorgia Meloni

# 05 iyun 2023 18:18 (UTC +04:00)

İtaliya Baş naziri Giorgia Meloni Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşəcək.

APA xəbər verir ki, bu barədə İtaliya hökumət sözçüsü bildirib.

Onun sözlərinə görə, görüş iyunun 8-də baş tutacaq. Həmin gün İtaliya hökumət başçısının Almaniya Kansleri Olaf Şoltsla da görüşü olacaq.

Hökumət sözçüsü əlavə edib ki, Baş nazir Meloni iyunun 6-da Tunisə rəsmi səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR