İtaliya və Fransa Ukraynaya raket verəcək

SAMP-T

© APA | SAMP-T

# 28 yanvar 2023 11:57 (UTC +04:00)

İtaliya və Fransa hökumətləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlər göndərməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə İtaliyanın “İl Messaggero” nəşri yazıb.

Nəşr bildirib ki, artıq İtaliya və Fransa 700-ə yaxın “Aster-30” zenit raketlərinin alınması barədə birgə razılığa gəliblər. Bütün raketlər Ukraynaya verilməyəcək, bir hissəsi İtaliya və Fransanın arsenalını artıracaq.

Qeyd edilib ki, bu raketlər Ukraynaya verilməsi gözlənilən “SAMP-T” HHM sistemlərində istifadə olunur.

Həmçinin əlavə olunub ki, hər iki ölkənin müdafiə nazirləri yaxınlarda Ukraynaya “SAMP-T” HHM sistemlərinin təhvil verilməsinin texniki tərəfini Romada müzakirə ediblər. Tərəflər yeni “SAMP-T” sistemlərinin istehsalı barədə razılığa gəliblər.

Fransa HHM sistemlərinin Ukraynaya tədarükü barədə rəsmi qərar qəbul etmək üçün bir az da vaxt istəyib.

Xatırladaq ki, belə bir sistemin qiyməti təxminən 800 milyon avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR