İtaliya və İspaniyada meşə yanğınları: Avtomobil və dəmir yolu xətti bağlanıb - FOTO

İtaliya və İspaniyada meşə yanğınları: Avtomobil və dəmir yolu xətti bağlanıb - FOTO
# 08 avqust 2022 00:54 (UTC +04:00)

İtaliya və İspaniyada meşə yanğınları davam edir.

APA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın şimal-şərqində, Sloveniya sərhədinə yaxın ərazidə yenidən yanğın baş verib.

Yanğın güclü külək səbəbindən sürətlə böyüyərkən bölgədən keçən A4 magistral avtomobil yolunun ikitərəfli bağlanmasına səbəb olub.

Triyest-Venesiya dəmir yolu xəttində də nəqliyyatın hərəkəti dayanıb.

Yanğına nəzarət etmək üçün havadan 2 helikopter və 1 təyyarə müdaxilə edib.

Carso bölgəsində bir neçə həftə əvvəl baş verən yanğını söndürmək də çətin olub.

Yanğın səbəbindən bölgədəki malikanələrin bəzilərinin boşaldıldığı bildirilib.

“El Pais” qəzetinin xəbərinə görə, İspaniyanın şimal-qərbindəki Qalisiya bölgəsində 7 ərazidə baş verən yanğınların söndürülməsi üçün işlər davam edir.

Bölgədə, xüsusən də Boiro şəhəri ətrafında 700 düşərgə təxliyə edilib.

Bildirilib ki, Boiro və ətrafında təxminən 2000 hektar ərazi yanıb, buradakı yanğın hələ də nəzarət altına alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR