İtaliya Xarici İşlər Nazirliyi Rusiya səfirinin çağırışını təsdiqləyib

İtaliya Xarici İşlər Nazirliyi Rusiya səfirinin çağırışını təsdiqləyib
# 02 oktyabr 2022 19:43 (UTC +04:00)

İtaliya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyanın respublikadakı səfiri Sergey Razovun nazirliyə çağırılmasını təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, "bu təşəbbüs Aİ ilə razılaşdırılıb". Bu barədə məlumat İtaliyanın diplomatik mənbələrindən daxil olub.

Bundan əvvəl Rusiyanın Romadakı səfirliyi missiya rəhbərinin İtaliya Xarici İşlər Nazirliyinə çağırıldığını bildirmişdi. Səfirlikdən bildiriblər ki, söhbət nəticəsində şərh hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR