İtaliya XİN başçısı: “Türkiyə  Finlandiya və İsveçdən zəmanət istəyir”

Luici Di Mayo, İtaliya xarici işlər naziri

© APA | Luici Di Mayo, İtaliya xarici işlər naziri

# 15 may 2022 19:15 (UTC +04:00)

“Türkiyə Alyansın digər üzvləri kimi NATO-nun genişlənməsi prinsipini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu “Rai3” telekanalına müsahibəsində İtaliya xarici işlər naziri Luici Di Mayo Finlandiya və İsveçin NATO-ya üzvlüyü perspektivi ilə bağlı sualı cavablandırarkən bildirib.

İtaliya xarici işlər naziri qeyd edib ki, Türkiyə bir sıra ikitərəfli məsələləri Finlandiya və İsveçlə müzakirə etmək və zəmanət almaq istəyir: “Finlandiya və İsveçin mümkün qədər tez NATO-ya daxil olması barədə ümumi arzu var. Bu, bizim müdafiə Alyansımızı gücləndirər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR