İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib
# 28 yanvar 2023 14:06 (UTC +04:00)

İtaliyanın mərkəzində 4,1 bal gücündə zəlzələ baş verib, qatarların hərəkəti dayanıb.

APA xəbər verir ki, bu barədə yerli “İtaly-24 News” agentliyi bildirib.

Agenlik qeyd edib ki, Milli Geofizika və Vulkanologiya İnstitutundan təkanların Adriatik dənizi sahilləri boyunca Rimini və Ravenna kimi böyük şəhərlərdə də hiss olunduğu bildirilib.

Xatırladaq ki, Emiliya-Romanya bölgəsində artıq bir neçə gündür ki, seysmik aktivlik davam edir. Dəniz sahillərində yerləşən bəzi şəhərlərdə məktəblər bağlanıb.

Dağıntılar, ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR