İtaliyada bıçaqlı hücumda 1 nəfər ölüb, “Arsenal”ın futbolçusu yaralanıb - FOTO

İtaliyada bıçaqlı hücumda 1  nəfər ölüb, “Arsenal”ın futbolçusu yaralanıb - FOTO
# 28 oktyabr 2022 06:58 (UTC +04:00)

İtaliyanın Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub.

APA ANSA agentliyinə istinadən xəbər verir ki, hücumu törədən şəxs 5 nəfəri bıçaqlayıb.

Yaralı şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həmin şəxsin supermarketin işçisi olduğu bildirilir.

“LaPresse” qəzetinin məlumatına görə, yaralılardan biri də İngiltərənin “Arsenal” klubunun İtaliyanın “Monza” komandasına icarəyə verdiyi ispaniyalı futbolçu Pablo Maridir.

P.Mari və digər iki yaralının vəziyyətinin ağır olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR