İtaliyada Marmolada dağ silsiləsindəki buzlaqın əriməsi nəticəsində həlak olan turistlərin sayı artıb.
APA “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfərin meyiti tapılıb.
Meyitlər pilotsuz uçan aparat tərəfindən aşkar edilib. Ölənlərdən yalnız dördünün şəxsiyyəti müəyyən edilib.
Xatırladaq ki, iyulun 4-də Marmolada dağ massivində buzlaqın əriməsi nəticəsində qar, qaya və buz uçqunları baş verib.
Uçqun turist qruplarının dırmaşdığı yamacı örtüb.
Faciyəyə səbəb anomal isti hava şəraiti olub. Yüksəklikdə havanın temperaturu +10 dərəcə olub.