İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb

İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb
# 05 noyabr 2022 20:56 (UTC +04:00)

İtaliyanın Apuliya bölgəsində helikopter qəzaya uğrayıb.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə regionun vitse-prezidenti Rafaele Piemontese bildirib.

Helikopterin içərisində olan 7 nəfərin hamısı ölüb.

Adriatik dənizindəki Tremiti adasından havaya qalxan “Agusta A109” helikopteri radarlardan itib.

Ölən dörd nəfərin Sloveniyadan olan eyni ailənin üzvləri olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR