İtaliyada peyvənd olunmayanlara sosial yardım dayandırılır

İtaliyada peyvənd olunmayanlara sosial yardım dayandırılır
# 21 yanvar 2022 06:12 (UTC +04:00)

İtaliya hökumətinin qərarı ilə işsizliyə görə müavinət yalnız vaksin sertifikatı olan şəxslərə veriləcək.

APA-nın xəbərinə görə, Baş nazir Mario Draqinin imzaladığı sənəd fevralın 1-dən qüvvəyə minəcək.

Eyni zamanda, işədüzəltmə bürolarına yalnız peyvənd olunmuş şəxslər buraxılacaq.

Statistikaya görə ölkədə bu müavinət 1.3 milyon nəfərə verilir ki, onlardan 10%-dən çoxu vaksin olunmayıb. Qanuna görə, vətəndaş sosial yardımı hər ay şəxsən dövlət qurumundan almalıdır. Vaxtında müraciət edilmədikdə bu yardım ləğv olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR