İtaliyada süni ət qadağan edilib

İtaliyada süni ət qadağan edilib
# 29 mart 2023 07:26 (UTC +04:00)

İtaliya hökumətinin qərarı ilə ölkəyə süni ətin idxalı və ya ölkədə hazırlanması qadağan edilib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, qərarı Nazirlər Şurası verib.

Paralel olaraq ölkədə bütün sintetik qidaların satışı qadağan edilib. Nazirlər Şurasının qərarında bildirilir ki, süni qidaların insan orqanizminə zərər verməməsinə dair heç bir elmi sübut yoxdur.

Qanunun qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR