İtaliyada ümumi seçkilərdə ilkin nəticə açıqlanıb - YENİLƏNİB

İtaliyada ümumi seçkilərdə ilkin nəticə açıqlanıb - YENİLƏNİB
# 26 sentyabr 2022 08:43 (UTC +04:00)

İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərin ilkin nəticələrinə görə, Giorgia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” Partiyası birinci yerdədir.

APA ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, paylaşdığı qeyri-rəsmi nəticələrə görə, “İtaliya Qardaşları” (FdI) 26 faizlə birinci, “Demokratik Partiya” (PD)19,5 faizlə ikinci, üçüncü yerdə isə “5 Ulduz Hərəkatı” (M5S) 15 faiz səslə qərarlaşıb.

Baş nazir postu uğrunda namizədə yaxın olan “İtaliya Qardaşları” partiyasının rəhbəri Giorgia Melon partiyasının seçki mərkəzini qurduğu Romadakı “Parco dei Principi” otelində mətbuat konfransı keçirib.

Nəticələrlə bağlı ilk qiymətləndirməsini edən 45 yaşlı Meloni,

“Seçkilərin nəticələri, italyanların “İtaliya Qardaşlığı” altında sağ mərkəzçi hökumət istədikləri barədə açıq siqnal verdi” açıqlamsını səsləndirib.

***

Saat 02:32

İtaliyada növbədənkənar ümumi seçkilər keçirilir.

APA yerli mediaya istinadən xəbər verir ki, 50 milyon 800 min seçici səs verib.

Məlumata görə, Giorgia Melonun rəhbərlik etdiyi ifrat sağçı "İtaliya Qardaşları" Partiyası irəlidədir.

Son bir neçə ildəki koalisiya böhranları səbəbindən İtaliyada seçkilər keçirilib.

Xatırladaq ki, İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa ərizəsini Prezident Sercio Mattarellaya təqdim edib. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan ümumi seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR