İtaliyada yüzlərlə aviareys ləğv olunub

İtaliyada yüzlərlə aviareys ləğv olunub
# 17 iyul 2022 14:59 (UTC +04:00)

İtaliyada aviaşirkətlərin əməkdaşlarının tətili səbəbindən ən azı 400 milli və beynəlxalq aviareys ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Dövr saatlıq tətil yerli vaxtla saat 14-dən 18-dək davam edəcək.

Tətilə “Ryanair”, “Volotea”, “easyJet” və “Malta Air” aviaşirkətlərinin pilotları və uçuş bələdçiləri qatılıblar.

Tətilçilərin əsas tələbləri maaşların artırılması və əmək şəraitinin dəyişdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR