İtaliyadan Rusiyaya ixracat kəskin azalıb

İtaliyadan Rusiyaya ixracat kəskin azalıb
# 18 iyun 2022 00:38 (UTC +04:00)

Apreldə İtaliyada ticarətdə mənfi saldo 3,66 milyard avro təşkil edib.

APA xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (İSTA) məlumat yayıb.

Qurum mənfi saldonu idxal olunan neft və qazın bahalaşması ilə izah edib. Hesabat dövründə ixracat 15% artdığı halda, idxalda artım 42% olub. Ölkənin ABŞ-a ixracı 19%, Fransaya 14,5%, Almaniyaya 13,5% artıb. Rusiyaya satışlarda isə 48,4% geriləmə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR