İtaliyanın Pantelleria adasında güclü yanğın: Corco Armani evini tərk edib - FOTO - VİDEO

İtaliyanın Pantelleria adasında güclü yanğın: Corco Armani evini tərk edib - FOTO  - VİDEO
# 18 avqust 2022 07:23 (UTC +04:00)

İtaliyanın Aralıq dənizindəki Pantelleria adasında meşə yanğını başlayıb.

APA xarici mediaya istinadən xəbər verir ki, küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılan yanğın yaşayış məntəqələrinə doğru irəliləyib.

İtaliyanın Siciliya adası ilə Tunis arasında yerləşən adada yanğın günorta saatlarında başlayıb.

Sərt relyefli və yanğınsöndürənlərin sayının az olması səbəbindən qurudan müdaxilədə çətinlik yaşanıb.

Yanğın bölgəsinə yaxın olan bəzi villalarda təxliyə həyata keçirilib.

Məşhurların istirahət etdiyi ada kimi tanınan Pantelleriyada İtaliya millisinin keçmiş futbolçusu Marko Tardelli və modelyer Corco Armani olmaqla bəzilərinin evlərinin boşaldıldığı bildirilib.

Mətbuatda alovların Armaninin bağ evinə yaxınlaşdığı və bir neçə qonağı qəbul edən modelyerin evini tərk etməli olduğu xəbəri yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR