“İYİ Partiya”nın binasına silahlı hücumu törədən şəxs tutulub - YENİLƏNİB

Süleyman Soylu

© APA | Süleyman Soylu

# 31 mart 2023 18:58 (UTC +04:00)

“İYİ Partiya”nın İstanbulda binasına silahlı hücumu törədən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

***

16:12

“İYİ Partiya”nın binasına edilən hücum təxribatdır.

APA xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir qeyd edib ki, polis hadisəyə aydınlıq gətirmək üçün araşdırma aparır: “Hadisəni törədən şəxs və ya şəxslər ən qısa zamanda tapılacaq.

Baş vermiş hadisənin əsl səbəbini müəyyən etmədən onu düşmənçilik kimi qələmə vermək bu iyrənc hadisədən siyasi məqsədləri üçün fürsət kimi istifadə etməkdir”.

Xatırladaq ki, bu gün Türkiyənin İstanbul şəhərində “İYİ Partiya”nın binasına silahlı hücum olub. Hücum edənlərin şəxsiyyəti hələ müəyyən olunmayıb.

Binanın pəncərəsinə iki güllə dəyib. Polis hadisə yerində araşdırmaları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR