İyundan bəri 4700-ə yaxın ukraynalı Britaniyada döyüş təlimi keçib

İyundan bəri 4700-ə yaxın ukraynalı Britaniyada döyüş təlimi keçib
# 05 sentyabr 2022 15:56 (UTC +04:00)

İyun ayından bəri 4700-ə yaxın ukraynalı Böyük Britaniyada döyüş təlimi keçib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya potensial olaraq on minlərlə Ukrayna vətəndaşını Rusiyaya qarşı döyüşmək və onları cəbhə əsgərinə çevirmək üçün Britaniyada təlim proqramını əhəmiyyətli dərəcədə genişləndirir. Döyüş kursunun müddəti üç həftədən beş həftəyə qədər uzadılır.

Təxminən 4700 əsgər iyun ayından bəri İngiltərənin şimal, cənub-qərb və cənub-şərqindəki hərbi bazalarda təlim keçib və komandirlər Ukraynanın Rusiyanın işğalı ilə mübarizə aparmaq üçün yeni qoşunlara ehtiyac duyduğu müddətdə dəstəyi davam etdirmək niyyətindədirlər.

Həmin əsgərlərə silahlarla işləmə, səngər və şəhər müharibəsi və simulyasiya edilmiş döyüş meydanında təlimlər kimi bacarıqlar öyrədilir.

Həmçinin qeyd edilib ki, Yeni Zelandiya, İsveç və Hollandiya da daxil olmaqla, 8 başqa ölkədən hərbi təlimatçılar genişlənmiş təlim missiyasını təmin etmək üçün öz britaniyalı həmkarları ilə bir araya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR