Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 20 yanvar 2022 05:20 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağası səbəbindən jurnalistlərsiz keçirilib.

APA xəbər verir ki, bu barədə “FranceInfo” məlumat yayıb.

“Makronun Avropa Parlamentindəki çıxışından sonra baş tutmalı olan mətbuat konfransı sualsız bəyanata çevrildi. Avropalı jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransı başlamazdan əvvəl zalı tərk etdilər”, - agentliyin müxbiri bildirib.

Fransanın “CNews” portalının jurnalisti Lois Siqnor “Twitter” hesabında yazıb ki, media nümayəndələri bir neçə saatdır ki, suallar vermək üçün Makronun görünməsini gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR