Kahramanmaraşda daha bir zəlzələ baş verib - YENİLƏNİB

Kahramanmaraşda daha bir zəlzələ baş verib - YENİLƏNİB
# 24 mart 2023 06:00 (UTC +04:00)

Türkiyənin Kahramanmaraş şəhərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerli vaxtla 03.39-da (Bakı vaxtı ilə 04.39) yerin 7,3 km dərinliyində baş verib.

***

05.37

Cümə günü Türkiyədə 5 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 376 min insanın yaşadığı Kahramanmaraş şəhərindən 65 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR